İranda etirazlar zamanı ölənlər və dəymiş ziyanla bağlı rəqəmlər açıqlanıb
İranda baş verən son etirazlar zamanı qeydə alınan insan tələfatı və maddi ziyanla bağlı rəsmi məlumatlar açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
Onun sözlərinə görə, iğtişaşlar nəticəsində 305 təcili yardım avtomobili və avtobus, 24 yanacaqdoldurma məntəqəsi, 300 fərdi yaşayış evi, 700 mağaza, 750 bank, 414 dövlət binası, 749 polis məntəqəsi, 120 Bəsic mərkəzi, 200 məktəb, 350 məscid, 15 kitabxana, 2 erməni kilsəsi, 800 bankomat və 800 şəxsi avtomobilə ziyan dəyib.
Nazir bildirib ki, ümumilikdə hadisələr zamanı 3117 nəfər həyatını itirib. Ölənlərdən 2427 nəfəri mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları, 690 nəfəri isə terrorçu qruplaşmaların üzvləridir.








