Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO

Qafar Ağayev13:20 - Bu gün
Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO

Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndirilir

1news.az ADY-yə istinadən xəbər verir ki, 2030-cu ilədək Bakı və ətraf ərazilərdə 25 yeni dayanacaq və stansiya istifadəyə veriləcək. Bu, Dövlət Proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı dəmir yolu layihələrinin bir hissəsidir.

Layihə çərçivəsində aşağıdakı istiqamətlərdə xətlər bərpa olunacaq və yeni stansiyalar tikiləcək:

  • Yeni Suraxanı – Hövsan istiqamətində 4 stansiya

  • Bakıxanov – Binə – Qala istiqamətində 7 stansiya

  • Zabrat – Maştağa – Bağlar istiqamətində 7 stansiya

Bundan başqa, Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir. Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılacaq, Baş Keşlə və Nərimanov stansiyalarında isə qatarların dayanması təmin olunacaq.

Rəsmi qurumlar bildirir ki, layihə şəhərin müxtəlif nöqtələrində dəmir yolu xətlərini əhaliyə daha yaxınlaşdıracaq.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər