“Qarabağ” uduzsa da, “pley-off”a yüksəldi | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” uduzsa da, “pley-off”a yüksəldi

Qafar Ağayev02:07 - Bu gün
“Qarabağ” uduzsa da, “pley-off”a yüksəldi

Bu gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində VIII tur matçına çıxıb.

1news.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə İngiltərə nəhəngi “Liverpul”la qarşılaşıb. “Enfild” stadionunda keçirilən görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Buna baxmayaraq, Ağdam təmsilçisi digər matçların nəticələrindən asılı olaraq ilk 24-lüyə düşməyi bacarıb və pley-off mərhələsinə vəsiqə qazanıb. “Qarabağ” Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

Qeyd edək ki, matçda “Liverpul”un heyətində hesabı 15-ci dəqiqədə Alexis Mac Allister açmış, 21-ci dəqiqədə Florian Virts fərqlənərək komandasını 2:0 üstünlüyə çıxarmışdı. İkinci hissədə 50-ci dəqiqədə Muhammed Salah, 57-ci dəqiqədə Hugo Ekitike, 68-ci dəqiqədə isə Alexis Mac Allister qollarını vurmuş, 90-cı dəqiqədə Federico Chiesa komandasının üstünlüyünü 6:0-a çatdırmışdı. Oyunda “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç 70-ci dəqiqədə sarı vərəqə almışdı.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər