İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - FOTO

Qafar Ağayev12:10 - Bu gün
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin "Apple", "Ardea Energy Technologies Inc.", "Ericsson AB", "ExxonMobil", "Herbalife", "Illumina", "Meta", "Visa", "Wabtec", "Baker Hughes", bp, "Boeing Global", "Honeywell", "J.P. Morgan", "Lummus Technology", "Marriott", "Mastercard", "Shell International", "Azerbaijan Coca-Cola Bottlers" MMC və "Motorola Solutions" şirkətlərinin rəhbər şəxsləri daxildir.

Paylaş:
127

Son xəbərlər

Bütün xəbərlər