Azərbaycan neftinin qiyməti 72 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

10:19 - Bu gün
Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,06 ABŞ dollar və ya 1,49% artaraq 72,2 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,14 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər