Anna Akobyan: Nikol Paşinyanla aramızdakı vətəndaş nikahı sona çatdı | 1news.az | Xəbərlər
Ermənistan

Anna Akobyan: Nikol Paşinyanla aramızdakı vətəndaş nikahı sona çatdı

10:38 - Bu gün
Anna Akobyan: Nikol Paşinyanla aramızdakı vətəndaş nikahı sona çatdı

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan vətəndaş nikahına son qoyduqlarını açıqlayıb.

1news.az xəbər verir ki, Anna Akobyan bu barədə özünün “Facebook” hesabında paylaşım edib.

O bildirib: “Əziz həmvətənlərim, sizə məlumat verirəm ki, Baş nazir Nikol Paşinyanla aramızdakı vətəndaş nikahı sona çatdı. Hər kəsdən bu məsələ ilə bağlı təmkinli və hörmətli davranmağı xahiş edirəm”.

Akobyan başqa heç bir təfərrüat verməyib

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər