Birinci Qarabağ müharibəsində itkin düşən hərbçinin qalıqları Gəncədə dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçinin qalıqları Gəncədə dəfn edilib

17:00 - Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən hərbçinin qalıqları Gəncədə dəfn edilib

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Nöfəl Cahangir oğlu Əsgərovun nəşinin qalıqları Gəncə şəhərində ailəsinə təhvil verilib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, əvvəlcə Gəncədə şəhidin ailəsinin yaşadığı evdə onunla vida mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqnlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, ictimayət nümayəndələri iştirak edib.

Cənazə namazı qılındıqdan sonra şəhid tankçının qalıqları Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, onun ruhuna dualar oxunub, yaylım atəşi açılıb. Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun doğmalarına təhvil verilib.

Qeyd edək ki, Nöfəl Cahangir oğlu Əsgərov 1966-cı ildə Tərtər rayonun Borsunlu kəndində anadan olub. Ailəsi sonradan Gəncə şəhərinə köçüb.

1992-ci ilin iyun ayında Qarabağ müharibəsində Ağdərə rayonu, Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb.

Nöfəl Əsgərov ailəli olub, iki övladı var.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər