Azərbaycan əhalisinin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlandı

Qafar Ağayev16:34 - Bu gün
Azərbaycan əhalisinin sayı açıqlandı

2025-ci ildə ölkə üzrə əhalinin sayı 37462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10262351 nəfərə çatmışdır.

1news.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər