İsfahan və Şiraz şəhərlərində İranın hərbi obyektlərinə hava zərbələri endirilib
1news.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
IDF-in sözçüsü general-mayor Effie Defrin keçirdiyi mətbuat konfransında bildirib ki, sözügedən zərbələr hazırkı hərbi kampaniya çərçivəsində İranın bu bölgələrinə endirilən ilk hava hücumlarıdır.
Onun sözlərinə görə, əməliyyat zamanı 20-dən artıq hədəf məhv edilib. Hədəflər arasında İsfahanda yerləşən və İranın qabaqcıl “Qədr” tipli ballistik raketlərinin saxlanıldığı iki obyekt də olub.
Bundan başqa, ballistik və qanadlı raket anbarları, eləcə də hava hücumundan müdafiə sistemləri də zərbələrə məruz qalıb.
“Əməliyyat nəticəsində xeyli sayda ballistik və qanadlı raketin zərərsizləşdirildiyini hesab edirik”, – deyə Defrin bildirib.
84












