BDYPİ vətəndaşlara müraciət etdi: Saxta bildirişlər yayılır | 1news.az | Xəbərlər
Cəmiyyət

BDYPİ vətəndaşlara müraciət etdi: Saxta bildirişlər yayılır

Qafar Ağayev12:12 - Bu gün
BDYPİ vətəndaşlara müraciət etdi: Saxta bildirişlər yayılır

Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə deyilir:

"Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır.

Həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır.

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bildirir ki, qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.

Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar.

Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır".

Paylaş:
191

Son xəbərlər

Bütün xəbərlər