ABŞ ordusu İranla müharibədə həlak olan ilk hərbçilərin adlarını açıqlayıb
ABŞ ordusu İranla müharibə zamanı həlak olan ilk amerikalı hərbçilərdən dördünün şəxsiyyətini açıqlayıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp administrasiyası artan gərginliyin daha çox amerikalı itkisinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bildirilib ki, indiyədək qeydə alınan altı ABŞ hərbçisinin ölümü arasında həmin dörd nəfər ABŞ Ordusunun Ehtiyat Qüvvələrinin Ayova ştatındakı bölməsinin üzvləri olub. Onlar bazar günü Küveytin Port-Şuayba bölgəsində yerləşən ABŞ hərbi obyektinə pilotsuz uçuş aparatının (PUA) zərbə endirməsi nəticəsində həlak olublar.
Pentaqonun məlumatına görə, yaşı 20-dən 42-yə qədər olan hərbçilər Ayova ştatının Des Moyn şəhərində yerləşən 103-cü Təminat Komandanlığında xidmət ediblər. Bu qurum ordunun qlobal logistika və təchizat əməliyyatlarının tərkib hissəsidir.
Həlak olan hərbçilər aşağıdakılardır:
-
Kapitan Kodi A. Xork (35) – Florida ştatının Vinter Heyven şəhəri
-
Baş çavuş Noa L. Titcens (42) – Nebraska ştatının Belvyu şəhəri
-
Baş çavuş Nikol M. Amor (39) – Minnesota ştatının Vayt Ber Leyk şəhəri
-
Çavuş Deklan C. Koudi (20) – Ayova ştatının Vest De Moin şəhəri












