Nazir: Əsas prioritetlərdən biri yerli idmançıların qış idman növlərində təmsil olunmasıdır | 1news.az | Xəbərlər
İdman

Nazir: Əsas prioritetlərdən biri yerli idmançıların qış idman növlərində təmsil olunmasıdır

11:03 - Bu gün
Nazir: Əsas prioritetlərdən biri yerli idmançıların qış idman növlərində təmsil olunmasıdır

“Şahdağda keçirilən qış idman növləri üzrə yarışların miqyası genişlənib”.

1news.az xəbər verir ki, bunu Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərasimində jurnalistlərə açıqlamasında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir bildirib ki, beynəlxalq turnirlərin təşkilini milli idmançıların inkişafına və ölkədə qış idman növlərinin populyarlaşmasına töhfə verdiyini verir.

“Bildiyiniz kimi, ötən il Dünya Kuboku sayəsində bu xizək növü üzrə yarışlar ilk dəfə təşkil olundu. Bu dəfə isə həm Dünya Kubokuna ev sahibliyi edirik, həm də ilk dəfə olaraq Avropa çempionatı keçirildi. Ümumilikdə, dövlət başçısının tapşırığına əsasən qış idman növləri üzrə müxtəlif yarışlar təşkil olunur. Bildiyiniz kimi, Bakıda artıq üçüncü ildir buz meydançası fəaliyyət göstərir və ötən il orada yenidən fiqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-pri yarışları keçirildi. Keçən il təqvimimiz qış idman növləri üzrə yarışlarla zəngin idi və bu il də istisna deyil. Həmçinin xizək idmanı üzrə beynəlxalq yarışlar keçirilib, ayın 14-də isə ilk dəfə olaraq fristayl və snoubord üzrə Dünya Kubokunun finalı baş tutacaq. Bu, çox genişmiqyaslı tədbirdir. Hazırkı yarışlara gəlincə, burada müxtəlif ölkələrdən yüzdən artıq idmançı çıxış edir”.

Nazir əlavə edib ki, əsas prioritetlərdən biri yerli idmançıların bu növlərdə təmsil olunmasıdır:

“İldən-ilə onların sayı artır və qarşıdakı illərdə onları medalçılar sırasında görəcəyimizi gözləyirik. Nəticə dərhal əldə olunmur, bunun üçün bir qədər vaxt lazımdır. Hamımız birgə çalışmalıyıq: həm Nazirlik, həm Federasiya, həm də Olimpiya Komitəsi. Bu istiqamətdə iş aparılır və görürsünüz ki, belə yarışların keçirilməsi böyük təsir göstərir. Biz hamımız öyrənirik, artıq öz hakimlərimiz də var, yəni bütün istiqamətlər üzrə inkişaf edirik”.

Cəmilə Sucəddinova

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər