Agentlikdən Yaxın Şərqdə baş verənlərlə bağlı çağırış: Rəsmi mənbələrə istinad edin | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlikdən Yaxın Şərqdə baş verənlərlə bağlı çağırış: Rəsmi mənbələrə istinad edin

Qafar Ağayev11:36 - Bu gün
Agentlikdən Yaxın Şərqdə baş verənlərlə bağlı çağırış: Rəsmi mənbələrə istinad edin

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunur. Bildirilib ki, informasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib.

"Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır.

Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq".

Paylaş:
137

Son xəbərlər

Bütün xəbərlər