Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 döyüş təyyarəsi yerləşdirib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 döyüş təyyarəsi yerləşdirib

Qafar Ağayev11:51 - Bu gün
Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 döyüş təyyarəsi yerləşdirib

Şimali Kipr Türk Respublikasında 6 ədəd F-16 döyüş təyyarəsi yerləşdirilib.

1news.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar regionda baş verən son hadisələr fonunda Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilib.

Məlumata görə, 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən Şimali Kipr Türk Respublikasında yerləşdirilib. Nazirlikdən qeyd olunub ki, hadisələrin gedişatından asılı olaraq ehtiyac yarandığı halda əlavə tədbirlərin görülməsi də istisna edilmir.

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər