Netanyahu: Qəzzanı “Youtube”dan izləməyə davam edəcəklər
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya yardım aparmaq istəyən “Qlobal Sumud Donanması” fəalları ilə bağlı istehzalı açıqlama verib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazirin ofisinin məlumatına görə, Netanyahu İsrail ordusuna Yunanıstan sahilləri yaxınlığında, beynəlxalq sularda donanmaya müdaxilə əmri verdiyini bildirib. O, heç bir gəminin İsrailin ərazi sularına çata bilmədiyini deyərək, “Qəzzanı YouTube-dan izləməyə davam edəcəklər” ifadəsini işlədib.
Aprelin 12-də Barselonadan yola düşən və 39 ölkədən 345 nəfərin iştirak etdiyi donanma aprelin 29-da Qirit yaxınlığında müdaxiləyə məruz qalıb.
Rəsmilərin bildirdiyinə görə, 21 gəmi saxlanılıb, bir qismi isə Yunanıstan sularına yönəlib.
63












