Məşhur rejissorun “Oskar”ı hava limanında itdi | 1news.az | Xəbərlər
Dünya

Məşhur rejissorun “Oskar”ı hava limanında itdi

Oksana Orucova10:39 - Bu gün
Məşhur rejissorun “Oskar”ı hava limanında itdi

“Oskar” mükafatlı rejissor Pavel Talankinin qazandığı qızıl heykəlcik Nyu-Yorkdakı Con F. Kennedi Beynəlxalq Hava Limanında itib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, rejissor Almaniyaya uçmaq üçün təyyarəyə minərkən əl yükündə olan “Oskar”ın “silah kimi istifadə oluna biləcəyi” əsas gətirilərək kabinəyə keçirilməsinə icazə verilməyib. Qeydiyyat baqajı olmayan Talankinə kömək edən “Lufthansa” əməkdaşları mükafatı qutuya yerləşdirərək yük bölməsinə göndəriblər. Lakin təyyarə Almaniyaya çatdıqdan sonra heykəlciyin itdiyi məlum olub.

Hava yolu şirkəti hadisədən təəssüf hissi keçirdiklərini bildirərək mükafatın tapılması üçün daxili araşdırmaya başladıqlarını açıqlayıb.

Filmin icraçı prodüseri Robin Hessman qeyd edib ki, Talankin daha əvvəl “Oskar” və BAFTA mükafatları ilə dəfələrlə səyahət edib və heç bir problem yaşanmayıb.

Pavel Talankin bu il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bir məktəbdə artan müharibə təbliğatını əks etdirən “Mr. Nobody Against Putin” sənədli filmi ilə “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” qazanıb. Rejissor mükafatı Nyu-Yorkda tələbələrlə görüş zamanı nümayiş etdirmək üçün özü ilə aparırdı.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər