Masallıda avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var
Astaradan Bakıya sərnişin daşıyan "Mercedes" markalı avtomobil Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində qəzaya uğrayıb.
1news.az-ın "Report"a istinadən məlumatına görə, avtomobilin yol kənarında olan maneəyə çırpılması nəticəsində sürücü 1991-ci il təvəllüdlü Rəhim Hüseynov ölüb.
Hadisə nəticəsində iki sərnişin isə xəsarət alıb.
220












