Sabunçuda evdən 6300 dollar oğurlandı, saxlanılan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda evdən 6300 dollar oğurlandı, saxlanılan var

13:24 - Bu gün
Sabunçuda evdən 6300 dollar oğurlandı, saxlanılan var

Sabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər