Son sutkanın kriminal statistikası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkanın kriminal statistikası açıqlandı

10:55 - Bu gün
Son sutkanın kriminal statistikası açıqlandı

Ölkə ərazisində son sutka ərzində 28 cinayətin üstü açılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 26-da qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər