Dünya səyyahları Zəngilanda olublar - FOTO
“NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Zəngilan olub.
1news.az APA-ya istinadən xəbər verir ki, səyyahlar Horadiz–Ağbənd avtomobil və dəmir yolu layihələrində görülən işlərlə tanış olacaqlar.
Qeyd edək ki, 2 günlük səfərdə 37 ölkədən 79 nəfər iştirak edir. Bu, indiyədək regiona səfər edən ən böyük səyyah qrupudur.
2020–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 səfər təşkil olunub. Bu, sayca 16-cı səfərdir.




70












