SEPAH Hörmüz boğazında İsrail və ABŞ-la bağlı gəmilərə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

SEPAH Hörmüz boğazında İsrail və ABŞ-la bağlı gəmilərə xəbərdarlıq edib

14:29 - Bu gün
SEPAH Hörmüz boğazında İsrail və ABŞ-la bağlı gəmilərə xəbərdarlıq edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında İsrail və ABŞ-la əlaqəli gəmilərin keçidinə qarşı “sərt tədbirlər” görüləcəyini açıqlayıb.

1news.az İran KİV-lərə istinadən xəbər verir ki, SEPAH İsrail, ABŞ və onların müttəfiqlərinin limanlarına gedən və onlardan gələn yük gəmilərinin hər hansı su yolu ilə keçidini qadağan edib. Məlumata görə, Hörmüz boğazı bağlıdır və bu istiqamətdə hər hansı tranzit “sərt tədbirlərlə” qarşılanacaq.

Həmçinin, SEPAH-ın xəbərdarlıqlarından sonra müxtəlif ölkələrə aid 3 konteyner gəmisi boğazdan geri qaytarılıb.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər