Samuxda Kürdə balıq tutan şəxslər köməksiz vəziyyətdə qalıblar
Samuxda balıqçılar köməksiz vəziyyətdə qalıblar.
1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri olan 4 şəxs Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar. Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.
Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.
81












