“FIFA Series 2026”: Azərbaycan millisi Sent Lüsiyaya qarşı
Azərbaycan millisi "FIFA Series 2026" beynəlxalq turniri çərçivəsində bu gün ilk matçını keçirəcək.
1news.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent Lüsiya millisi ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşə saat 19:00-da start veriləcək.
“FIFA Series – 2026”
19:00 Azərbaycan – Sent Lüsiya
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni erenada Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.
172









