Sabir Cəfərov antidopinq qaydalarını pozduğuna görə sanksiyaya məruz qalıb
Azərbaycan güləşçisi Sabir Cəfərov antidopinq qaydalarını pozduğuna görə sanksiyaya məruz qalıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, idmançının nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerləri aşkar olunub. Eyni zamanda, sənəddə idmançı tərəfindən qadağan edilən maddədən və ya qadağan edilən üsuldan istifadə cəhdinin olduğu qeyd edilib.
Qərara əsasən, Sabir Cəfərov 48 ay müddətinə diskvalifikasiya olunub. Sanksiyanın icrasına 1 sentyabr 2025-ci il tarixindən başlanılıb və 31 avqust 2029-cu il tarixinədək qüvvədə olacaq.
65









