Bayram günlərində yol qəzaları niyə artdı? - NİİM açıqladı
Paytaxt yollarında bayram günlərində baş verən qəzaların səbəbləri açıqlanıb.
1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, yağışlı hava şəraitində qeydə alınan yol-nəqliyyat hadisələri əsasən sürücülərin qaydalara əməl etməməsi ilə bağlı olub.
Bildirilib ki, bu cür qəzalar maddi zərərlə yanaşı, yollarda vaxt itkisinə və nəqliyyat sıxlığının yaranmasına səbəb olur.
Məlumata əsasən, hadisələrin baş verməsinə əsas səbəblər sürət həddinin düzgün seçilməməsi, ara məsafəsinin hava və yol şəraitinə uyğun saxlanılmaması, eləcə də manevretmə qaydalarının pozulmasıdır.
Qurum sürücülərə xəbərdarlıq edərək bildirib ki, qaydalara səthi yanaşma ağır nəticələrə gətirib çıxara bilər.












