İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub - FOTO - YENİLƏNİB

11:58 - Bu gün
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub - FOTO - YENİLƏNİB

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

1news.az xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Fotolar əlavə olunub.

İlk xəbər 11:07-də yayımlanıb

Paylaş:
173

Son xəbərlər

Bütün xəbərlər