Litvanın Baş naziri Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Siyasət

Litvanın Baş naziri Azərbaycana gəlir

10:15 - 08 / 04 / 2026
Litvanın Baş naziri Azərbaycana gəlir

Litvanın Baş naziri İnqa Ruginiene sabah Azərbaycana rəsmi səfərə gələcək.

1news.az xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində Litva hökumət başçısının Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli görüşləri planlaşdırılır. Görüşlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Bundan başqa, Baş nazirin Azərbaycanda yaşayan Litva icmasının üzvləri ilə görüşəcəyi və bir sıra mədəni tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Paylaş:
376

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər