Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır

11:51 - Bu gün
Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır

Aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər