Masazırda “Şok” marketdə tort istehsalı sahəsində nöqsanlar aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda “Şok” marketdə tort istehsalı sahəsində nöqsanlar aşkarlanıb - FOTO

16:31 - Bu gün
Masazırda “Şok” marketdə tort istehsalı sahəsində nöqsanlar aşkarlanıb - FOTO

Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi 30 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəcəbov Nadir Heydər oğluna məxsus “Şok” marketdə yoxlama keçirib.

1news.az xəbər verir ki, baxış zamanı marketdə yerləşən tort istehsalı sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, tort istehsalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər