I sinfə qəbul “mygov” üzərindən olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

I sinfə qəbul “mygov” üzərindən olacaq

12:11 - Bu gün
I sinfə qəbul “mygov” üzərindən olacaq

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu prosesi və fiziki şəxslərin gəlir vergisi bəyanı ilə bağlı yeni mərhələlər müəyyənləşdirilib.

1news.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, I sinfə qəbul xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il mayın 1-nə qədər təmin edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində xidmətin mövcud iş axını mayın 20-nə qədər təqdim ediləcək.

Bundan əlavə, təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyunun 13-nə qədər razılaşdırılması planlaşdırılır. Xidmətin iyunun 10-na qədər "mygov" platforması üzərindən istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.

Layihənin icrasında Elm və Təhsil Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iştirak edir.

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər