Gəncədə qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirilib - FOTO

17:25 - 13 / 04 / 2026
Gəncədə qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirilib - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Gəncə şəhər İcra hakimiyyəti və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə şəhər ərazisində qanunsuz heyvan kəsimi və ət satışı ilə bağlı monitorinq keçirib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Monitorinq zamanı Gəncə şəhəri, 4-cü mikrorayon ərazində baytarlıq nəzarəti olmadan, xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkarlanıb.

Yerli icra orqanlarının əməkdaşları tərəfindən dəmir konstruksiyalar sökülüb. Sahibkarla maarifləndirici söhbət aparılıb, pozuntulara yol verilməməsi barədə tapşırıqlar verilib.

Paylaş:
261

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər