42 yaşlı polkovnik-leytenant vəfat etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

42 yaşlı polkovnik-leytenant vəfat etdi - FOTO

09:11 - 13 / 04 / 2026
42 yaşlı polkovnik-leytenant vəfat etdi - FOTO

Vətən müharibəsində 1-ci ordu korpusunun Əlahiddə Mühəndis-istehkam taborunun komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Cavid Cabbarov vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 42 yaşlı hərbçi uzunsürən xəstəlikdən həyatını itirib.

Bildirilib ki, C.Cabbarov Azərbaycan Ordusunda uzun müddət xidmət edib. Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Xidməti dövründə şücaətinə görə dəfələrlə təltif edilib.

O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub.

Cavid Cabbarov bu gün Beyləqan rayonun Dünyamalılar kənd qəbiristanlığında dəfn olunacaq.

Paylaş:
303

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər