Növbəti köç karvanları Ağdərə və Xocalıya çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanları Ağdərə və Xocalıya çatıb - YENİLƏNİB

14:41 - Bu gün
Növbəti köç karvanları Ağdərə və Xocalıya çatıb - YENİLƏNİB

Aprelin 14-də doğma yurda yola salınan növbəti köç karvanları Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə çatıb.

Trend xəbər verir ki, ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 18 nəfərdən ibarət 4 ailə, Çıldıran kəndinə 5 nəfərdən ibarət 2 ailə, Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailə, Heyvalı kəndinə 13 nəfərdən ibarət 3 ailə, Çapar kəndinə 6 nəfərdən ibarət 2 ailə və Xocalı rayonunun Daşbulaq kəndinə isə 4 nəfərdən ibarət 1 ailə köçürülüb.

***

13:28

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

1news.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə 18 nəfər, Çıldıran kəndinə 2 ailə, 5 nəfər, Aşağı Oratağ kəndinə 9 ailə, 56 nəfər, Heyvalı kəndinə 3 ailə, 13 nəfər, Çapar kəndinə 2 ailə, 6 nəfər, Xocalının Daşbulaq kəndinə isə 1 ailə, 4 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
215

Son xəbərlər

Bütün xəbərlər