Taksilərin sığorta haqqı niyə artırıldı? – AMB-dən izah | 1news.az | Xəbərlər
Cəmiyyət

Taksilərin sığorta haqqı niyə artırıldı? – AMB-dən izah

Qafar Ağayev16:15 - Bu gün
Taksilərin sığorta haqqı niyə artırıldı? – AMB-dən izah

“Taksilərin icbari sığortası üzrə əmsalın 50% artırılması bu nəqliyyat vasitələri üzrə zərərlilik səviyyəsinin yüksək olması ilə əlaqədardır”.

1news.az xəbər verir ki, bunu mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov deyib.

O, bildirib ki, 2025-ci ildə icbari avtosığorta üzrə zərərlilik göstəricisi 74%-dən 85%-ə yüksəlib, yəni 11 faiz bəndi artım qeydə alınıb.

“ Bu artım əsasən taksi fəaliyyəti ilə bağlıdır”.

V.Qurbanov vurğulayıb ki, digər nəqliyyat vasitələri ilə müqayisədə taksi kimi istifadə olunan avtomobillər daha çox məsafə qət edir və bu da qəza riskinin yüksək olmasına səbəb olur.

Onun sözlərinə görə, əmsalların artırılması zərərliliyin müəyyən hissəsini kompensasiya etsə də, mövcud itkiləri tam şəkildə qarşılamır.

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər