Türkiyədə məktəbə silahlı hücum: 16 nəfər yaralanıb
Şanlıurfanın Siverek rayonunda orta məktəb qarşısında silah səsləri eşidilib.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktəbə girən şəxsin təsadüfi atəş açdığı və yaralananların olduğu öyrənilib.
Əraziyə çoxlu sayda tibbi və xüsusi əməliyyat polisi göndərilib. Şanlıurfa valisi Həsən Şıldak təcavüzkarın özünü öldürdüyünü açıqlayıb. Digər tərəfdən, hadisə şahidi dəhşətli anları təsvir edib.
Belə ki, hadisə səhər saatlarında rayonun Rüştü Küçükömer küçəsində yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verib. Yaxınlıqdakıların xəbərlərindən sonra ünvana polis və tibb qrupları göndərilib.
Məlumata görə, liseyə ov tüfəngi ilə girərək təsadüfi atəş açan Ömər Ket (19 yaş) özünü güllələyib. Şanlıurfa valisi Həsən Şıldak Şanlıurfadakı liseydə baş verən hadisə ilə bağlı açıqlamalar verib. Şıldak, hadisədə 16 nəfərin yaralandığını açıqlayaraq deyib:
"Yaralanan 16 nəfərdən 4-ü müəllim, 10-u tələbə, biri polis, biri də yeməkxana işçisidir. Şükürlər olsun ki, ölən olmayıb".












