Qəzza zolağında İsrail hücumlarında ölənlərin sayı 72 mini keçd
İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 min 336-ya, yaralıların sayı isə 172 min 213-ə yüksəlib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.
Məlumata görə, son 24 saat ərzində xəstəxanalara 3 nəfərin meyiti gətirilib, həmçinin 11 yaralı müalicəyə qəbul edilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, 10 oktyabr 2025-ci ildə elan edilən atəşkəsdən sonra da hücumlar davam edib və bu müddət ərzində 757 nəfər həyatını itirib, 2111 nəfər isə yaralanıb.
Bildirilib ki, 7 oktyabr 2023-cü ildən bu yana ümumi itkilər sürətlə artmaqda davam edir.
129












