ABŞ İranın Xarq adasına zərbələr endirib | 1news.az | Xəbərlər
Dünya

ABŞ İranın Xarq adasına zərbələr endirib

Qafar Ağayev16:16 - Bu gün
ABŞ İranın Xarq adasına zərbələr endirib

İranın Xarq adasında bir neçə partlayış baş verib.

1news.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilir ki, partlayışlar ABŞ və İsrailin hava zərbələri nəticəsində qeydə alınıb.

Məlumata görə, ABŞ-İsrail qüvvələri adaya bir neçə hücum həyata keçirib və ərazidə ardıcıl partlayış səsləri eşidilib.

Hələlik hansı obyektlərin hədəfə alındığı barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Xarq adası İranın neft ixracında mühüm rol oynayır və ölkədə hasil olunan neftin böyük hissəsi məhz bu ada vasitəsilə dünya bazarlarına çıxarılır.

Xatırladaq ki, ABŞ daha əvvəl də adaya zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) həmin vaxt yaydığı açıqlamada genişmiqyaslı dəqiq zərbələr nəticəsində dəniz mina anbarlarının, raket saxlama bunkerlərinin və digər mühüm hərbi obyektlərin məhv edildiyini bildirmişdi. Bununla yanaşı, əməliyyat zamanı adanın neft infrastrukturuna zərər dəymədiyi xüsusi vurğulanmışdı.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər