Əfqanıstanda sel fəlakəti: 189 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda sel fəlakəti: 189 nəfər ölüb

Oksana Orucova12:45 - Bu gün
Əfqanıstanda sel fəlakəti: 189 nəfər ölüb

Əfqanıstanda 18 gündür davam edən güclü yağışlar və sel daşqınları nəticəsində həyatını itirənlərin sayı 189 nəfərə çatıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Milli Fövqəladə Halların İdarə Olunması Qurumu açıqlama verib.

Məlumata görə, ölkənin böyük hissəsi martın 25-dən etibarən şiddətli yağışlar, güclü küləklər və qəfil sel basqınları ilə üz-üzə qalıb. Davam edən əlverişsiz hava şəraiti insan tələfatının artmasına səbəb olub.

Əfqanıstan rəsmisi Məhəmməd Yusuf Həmmad can itkisinin artdığını qeyd edərək bildirib: “Doqquz nəfər itkin düşüb, 253 nəfər isə yaralanıb”.

Rəsmilər həmçinin bildiriblər ki, sel nəticəsində 1303 ev tamamilə dağılıb, 5800 evə isə qismən ziyan dəyib.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər