Vado Korovin vəzifəsindən azad edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Vado Korovin vəzifəsindən azad edildi

14:07 - 14 / 04 / 2026
Vado Korovin vəzifəsindən azad edildi

“Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.

1news.az Manset.az-a istinadən xəbər verir ki, hazırda “Space”də bütün idarəetmə və səlahiyyətlər İcraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.

Qeyd edək ki, ötən gün “Space”də yoxlamalar aparıldığına dair məlumatlar yayılmışdı.

***
Məlumat üçün bildirək ki, Nəriman Əbdüləliyev Vado Korovinin kürəkənidir. Onun həyat yoldaşı Zemfira Korovina da “Space”də rəhbər vəzifələrdən birini tutur.

Paylaş:
389

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər