Gürcüstanda qumar qaydalarının pozulması ilə bağlı cərimələr kəskin artırılır | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda qumar qaydalarının pozulması ilə bağlı cərimələr kəskin artırılır

16:10 - Bu gün
Gürcüstanda qumar qaydalarının pozulması ilə bağlı cərimələr kəskin artırılır

Gürcüstanda qumar və gəlirli oyunların təşkili sahəsində hüquqi məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə "Lotereyaların, qumar oyunlarının və gəlirli oyunların təşkili haqqında" Qanuna dəyişiklik layihəsində qeyd olunur.

Hökumətin təşəbbüsü ilə parlamentə təqdim edilən layihəyə əsasən, qayda və lisenziya şərtlərinin pozulmasına görə tətbiq edilən cərimələrin məbləği əhəmiyyətli dərəcədə artırılır.

Yeni dəyişikliklərə görə, kazino lisenziyası sahibləri üçün cərimələr 7 000 (2,6 min $) laridən 20 000 lariyə (7,4 min $) qaldırılır.

Oyun avtomatları salonlarının fəaliyyətinə icazəsi olanlar üçün cərimə 1 000 laridən 10 000 lariyə, qumar klubları üçün isə 2 000 laridən 10 000 lariyə yüksəldilir.

Eyni qayda ilə qumar və gəlirli oyunların təşkili üzrə digər icazə sahibləri üçün də cərimələr 2 000 laridən 10 000 lariyə qədər artırılır. Elektron sistemlə təşkil edilən kazino və totalizator fəaliyyəti üçün isə cərimə 7 000 laridən 20 000 lariyə çatdırılır.

Hökumət bildirir ki, mövcud cərimələr çəkindirici effekt yaratmır və bəzi hallarda icazə şərtlərinin pozulması daha sərfəli alternativ kimi qəbul edilir. Bu səbəbdən yeni dəyişikliklərin məqsədi qaydalara əməl olunmasını gücləndirmək və pozuntuların qarşısını almaqdır.

Qanun layihəsi Maliyyə Nazirliyi tərəfindən hazırlanıb və Parlamentdə müzakirəyə çıxarılıb.

Paylaş:
162

Son xəbərlər

Bütün xəbərlər