Qış parkının yaxınlığında evdə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu, Vidadi küçəsində yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.
***
15:35
Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.
1news.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, hadisə şəhərin mərkəzində, Qış Parkının yaxınlığında, Vidadi küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Hazırda hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Ərazidən görüntüləri təqdim edirik:












