Hacı Əliyevin rütbəsi artırıldı
Azərbaycanın güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyevə "mayor" hərbi rütbəsi verilib.
1news.az xəbər verir ki, bu barədə idmançı öz "Instagram" hesabında paylaşım edib.
İdmançı qeyd edib ki, bu rütbə ona Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən təqdim olunub.
"Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən "mayor" rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.
Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!" - paylaşımda qeyd olunub.
98








