Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq

16:53 - 16 / 04 / 2026
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

1news.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq.

Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Belə ki, yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.

Paylaş:
446

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər