Bakıda 5 avtomobili talayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 5 avtomobili talayan şəxs saxlanılıb

17:36 - 16 / 04 / 2026
Bakıda 5 avtomobili talayan şəxs saxlanılıb

Nərimanov rayonunda zərərçəkənlərə məxsus 4 avtomobilə müdaxilə edilərək onlara ziyan vurulub, nəqliyyat vasitələrində olan müxtəlif məbləğlərdə pul vəsaiti, eləcə də mobil telefonlar oğurlanıb.

DİN Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun analoji cinayəti Nəsimi rayonu, H.Seyidzadə küçəsində də törətdiyi məlum olub. Həmin ünvanda Q.Kərimovun “KIA” markalı avtomobildən oğurladığı mobil telefonu satdığı, pul vəsaitini isə xərclədiyi müəyyən edilib.

Faktlar üzrə araşdırmalar davam etdirilir.

Paylaş:
450

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər