İmtahanda maksimum bal toplayan Aydın: Çox yox, düzgün çalışmaq lazımdır | 1news.az | Xəbərlər
Cəmiyyət

İmtahanda maksimum bal toplayan Aydın: Çox yox, düzgün çalışmaq lazımdır

Oksana Orucova18:25 - Bu gün
İmtahanda maksimum bal toplayan Aydın: Çox yox, düzgün çalışmaq lazımdır

Xəbər verdiyimiz kimi bu gün Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

İmtahannın nəticələrinə əsasən, 3 nəfər maksimum bal toplayıb.

Onlardan biri də Həsənli Aydın Çingiz oğludur. Aydın 1news.az-a verdiyi açıqlamasında imtahandan yüksək nəticə toplayacağını öncədən hiss etdiyini bildirib:

“Nəticələri yeni öyrənmişəm. Çox həyəcanlıyam. 9-cu sinifdəki rekordumu yenilədim bir növ. Çox çalışmaq yox, düzgün və davamlı çalışmaq lazımdır.

Telefondan istifadə edirdim. Heç az da istifadə etmirdim. Təxminən 300-ə yaxın bal yığmağı gözləyirdim. Abituriyentlərə tövsiyyəm odur ki, özləri üçün hədəf qoysunlar. Həmin hədəf üçün çalışsınlar. Maksimum nəticəni hədəf qoysalar, ona uyğun da bal yığa biləcəklər”.

Paylaş:
179

Son xəbərlər

Bütün xəbərlər