Qanada M çiçəyi yoluxmaları 1062-yə çatdı | 1news.az | Xəbərlər
Dünya

Qanada M çiçəyi yoluxmaları 1062-yə çatdı

Oksana Orucova14:50 - Bu gün
Qanada M çiçəyi yoluxmaları 1062-yə çatdı

Qanada mpox (M çiçəyi) virusuna yoluxanların sayı 1062-yə yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Xidməti (GHS) məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, virus ölkənin 16 vilayətində yayılmaqda davam edir. Məlumata görə, indiyədək qeydə alınan yoluxma hallarının sayı 1062-yə çatıb, xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə 8 nəfərə yüksəlib.

Açıqlamada qeyd olunub ki, virusun daha geniş yayılmasının qarşısını almaq məqsədilə mütəxəssislər tərəfindən bütün vilayətlərdə monitorinq və nəzarət tədbirləri davam etdirilir.

Xatırladaq ki, Qana hökuməti 19 may 2025-ci ildə ilk dəfə olaraq 4 nəfərdə mpox virusunun aşkarlandığını bildirmiş, 28 iyul 2025-ci ildə isə virusdan ilk ölüm faktının qeydə alındığını açıqlamışdı.

Hazırda ölkədə xəstəliyin yayılmasının qarşısını almaq üçün yüksək risk qrupları arasında peyvəndləmə kampaniyası davam etdirilir.

Paylaş:
93

Son xəbərlər

Rza Tamer vəfat etdi

Bu gün, 12:37
Bütün xəbərlər