Türkiyədə zəlzələ baş verdi | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə zəlzələ baş verdi

Oksana Orucova17:27 - Bu gün
Türkiyədə zəlzələ baş verdi

Türkiyədə 4,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Aprelin 17-də yayılan son məlumatlara əsasən, gün ərzində bir neçə zəlzələ qeydə alınıb. Ən diqqətçəkən hadisələrdən biri saat 16:40-da Erzincanın Üzümlü rayonunda baş verib. Belə ki, 4,1 bal gücündə zəlzələ yerin 10,94 kilometr dərinliyində qeydə alınıb.

Bundan əlavə, saat 16:47-də Egey dənizində, Krit (Girit) adası yaxınlığında da 4,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanın Datça (Muğla) bölgəsindən təxminən 255 kilometr məsafədə və 4,62 kilometr dərinlikdə meydana gəldiyi bildirilib.

Günün əvvəlində isə saat 07:31-də Kahramanmaraşın Göksun rayonunda 2,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu təkanın dərinliyi 7 kilometr olub.

Mütəxəssislər qeyd edir ki, seysmik baxımdan aktiv zonada yerləşən Türkiyədə müxtəlif gücdə zəlzələlərin baş verməsi adi haldır. Rəsmi qurumlar isə vəziyyəti nəzarətdə saxladıqlarını və məlumatların mütəmadi olaraq ictimaiyyətə təqdim edildiyini bildirirlər.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər