Mehdiabadda qəza nəticəsində avtomobildə sıxılan sürücü xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehdiabadda qəza nəticəsində avtomobildə sıxılan sürücü xilas edilib - VİDEO

17:14 - 18 / 04 / 2026
Mehdiabadda qəza nəticəsində avtomobildə sıxılan sürücü xilas edilib - VİDEO

Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verib və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Azsamand” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə sürücü, 1995-ci il təvəllüdlü Mahmudov Fikrət Habil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş:
1041

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər