Paytaxtda elektronika mağazalarının birindən oğurluq edilib
Paytaxtın Yasamal rayonu ərazisində yerləşən elektronika mağazalarının birindən oğurluq edilib.
1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Naməlum şəxslər gecə saatlarında obyektə daxil olaraq oradan müxtəlif elektron cihazlar və pul vəsaiti oğurlayıblar.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən V.Salmanov və V.Nəsirov saxlanılıblar.
Onların mağazadan 243 manat nağd pul, 1500 manat dəyərində noutbuk və 2 ədəd mobil telefon götürərək hadisə yerindən uzaqlaşdıqları məlum olub.
Faktla bağlı araşdırma aparılır.
85












