Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxılıb

11:24 - 20 / 04 / 2026
Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxılıb

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

1news.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.

Paylaş:
234

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər